PDF Oxu

Araşdırma

  • 7 069

Nikol Paşinyan Araik Arutyunyanla görüşməkdən imtina edir! ANALİTİK+AKTUAL

image

Ermənistan hökuməti Qarabağ separatçılarını özündən kənarlaşdırır
Hələ bir neçə gün əvvəldən, daha dəqiq desək, Praqa görüşündən sonra erməni KİV-lərində belə bir məlumatlar yayılmağa başladı ki, Qarabağ separatçılarının lideri Araik Arutyunyan İrəvana gedib və Ermənistanın baş naziri Nikol Paşinyanla görüş keçirəcək. Lakin həmin vaxtdan indiyə qədər sözügedən görürün baş tutmadığı bildirilir. Məhz bu baxımdan erməni mediası yazmağa başlayıb ki, Nikol Paşinyan Araik Arutyunyanla görüşməkdən imtina edir və ümumiyyətlə, Ermənistan hökuməti Qarabağ separatçılarını özündən kənarlaşdırmaq prosesinə başlayıb.
Erməni KİV-ləri sual ünvanlayırlar - Nikol Paşinyan İrəvandadırsa və müxtəlif görüşlər keçirirsə, nəyə görə bir neçə gündür orada olan Arutyunyanı qəbul etmir?
Xatırladaq ki, məhz Praqa görüşündən sonra və Xankəndidə keçirilən mitinqlər fonunda Araik Arutyunyanı mitinqçilərin qarşısına çıxmağı tələb edən insanlar sonradan öyrəniblər ki, o İrəvana gedib və oradan geri qayıtdıqdan sonra öz fikirlərini bildirəcək. Digər tərəfdən isə, Xankəndidəki mitinqin təşkilatçılarından olan separatçı Tiqran Petrosyan da erməni mediasına bildirmişdi ki, Arutyunyan Ermənistan parlamentinin spikeri Alen Simonyanın Rusiya səfərindən geri dönməsini gözləyir ki, onu qəbul etsin.Beləliklə, erməni KİV-ləri belə bir sual ünvanlayırlar - əgər Nikol Paşinyan hal-hazırda İrəvandadırsa və müxtəlif görüşlər keçirirsə, nəyə görə bir neçə gündür orada olan Arutyunyanı qəbul etmir? Məsələn, “Hraparak” nəşrinin yazdığına görə, Nikol Paşinyan Praqadan geri dönüşündən sonra dərhal təhlükəsizlik şurasının geniş tərkibli iclasını çağırdı. Təhlükəsizlik şurasının əsas üzvlərindən başqa, iclasa Ermənistanın prezidenti iştirak edib, eləcə də Araik Arutyunyanın “hökumət aparatının rəhbəri”, habelə parlamentin hakim “Vətəndaş sazişi” fraksiyasının rəhbəri Hayk Kondjoryan da iclasa qatılblar.Məhz bu fonda diqqət çəkən məqamlardan biri də Araik Arutyunyanın İrəvana səfəri zamanı orada rəsmi dairələrlə görüşlər keçirəcəyi barədə məlumatların yayılması oldu. Lakin göründüyü kimi, Qarabağ separatçılarının başçısı həmin iclasa dəvət edilməyib və yalnız o deyil, heç separatçıların “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan da orada olmayıb. Erməni nəşri xatırladır ki, hələ bir il əvvəll Ermənistanın təhlükəsizlik şurasının iclaslarına bu şəxslər dəvət edilirdilər.
“Hraparak”: “Bu, Əliyevin birbaşa tələbidir ki, nəinki Ermənistanın hakim dairələrində fəaliyyət göstərən rəsmilər Qarabağa səfər etməməli, həmçinin Qarabağ separatçıları Ermənistanın rəsmi iclaslarında birgə iştirakdan kənarda qalmalıdırlar”
“Hraparak” əlavə edir: “Paşinyan bununla Əliyevi inandırmağa çalışır ki, Ermənistan üçün Qarabağ məsələsi bağlanıb. İstisna edilmir ki, bu, Əliyevin birbaşa tələbidir ki, nəinki Ermənistanın hakim dairələrində fəaliyyət göstərən rəsmilər Qarabağa səfər etməməli, həmçinin Qarabağ separatçıları Ermənistanın rəsmi iclaslarında birgə iştirakdan kənarda qalmalıdırlar”.Adıçəkilən nəşr özünə yaxın mənbələrinə istinadən deyir ki, Paşinyan Qarabağ separatçılarını başsız qoymağa çalışır və bu vasitə ilə Arutyunyanın istefa verməsinə cəhd edir. Məqsəd isə təxminən belədir: bundan sonra bir daha Qarabağda “prezident” seçilməməli, o cümlədən, “dövlət strukturları” paralizə edilməli, iflic vəziyyətinə gətirilməli, separatçılar isə başsız bədənə çevirlməlidirlər.Əgər həqiqətən də belədirsə və bu yöndə addımlar atılmağa başlayıbsa, bu zaman Nikol Paşinyanın Araik Arutyunyanı nəyə görə qəbul etməməsi faktı daha çox açığa çıxmağa başlayır və əslində erməni baş naziri sözügedən istiqamətdə yeganə doğru seçim edir. O bilir ki, əks halda onun rəhbərlik etdiyi Ermənistan adlı respublika da çıxılmaz vəziyyətə düşməklə xəritədən silinmək təhlükəsi ilə qarşı-qarşıya qalmalı olacaq.

Rövşən RƏSULOV

Digər xəbərlər