Köşə

  • 5 488

HƏQİQƏT HƏR ZAMAN YALAN ÜZƏRİNDƏ QƏLƏBƏ ÇALIB

image

“Yalanın zaman baxımından bir ömrü olsa da, həqiqət əbədidir” zərb-məsəli müdrik Nizami Gəncəvinin iki əks qütbdə dayanan “Xeyir və Şər”inin mübarizəsi ilə eyniləşir. Bütün sınaqlarda böyük xeyirxahlıq nümayiş etdirən “Xeyir”in, sonda qazanmış olduğu parlaq qələbəsinin fövqündə “Şər”in rəzil ölümü, əslində, əbədi həqiqətin mütləq təntənəsinin təzahürü idi. Bu gün də Dağlıq Qarabağ münaqişəsinin gerçək tarixinin, o cümlədən terrorla, təxribatlarla və yalanlarla silahlanmış Ermənistanın XIX əsrin əvvəllərində Rusiyanın himayəsi altına xalqımıza qarşı dəyişməz mənfur şər xisləti nəticəsində minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetiriblər. 31 mart tarixi də xalqımıza qarşı erməni vəhşiliyinin ən unudulmayan tarixidir. 31 mart - Azərbaycanlıların Soyqırımı Günü... Bu, nə qədər qəribə səslənsə də, əlamətdar tarix, bu rəqəm hər ilin bu günü erməni vəhşiliyini, erməni zülmünü və erməni qaniçənliyini bir daha üzə çıxarır və xatırladır ki, ey azərbaycanlılar, ulu babaları, nənələri qanında boğulmuş millət, xalqımıza qarşı törədilən, bəşəriyyətə sığmayan erməni vəhşiliyini unutma, unutma bu tarixləri ki, unudulmayasan!Çünki bu reallığı 31 mart üzərinə də kökləməyin zamanı çatıb. Artıq bu gün dünya Xocalı kimi bir faciəni soyqırımı kimi tanımaqdadır. Dünyanın əksər ölkələri, əksər parlamentləri faktlar, sübutlar, sənədlər, canlı şahidlər hesabına Xocalını soyqırımı kimi tanımağa məcbur oldu və bu istiqamətdə dövlət qətiyyətli iş aparmağı bacardı. Məhz bu qətiyyətin sayəsində, Xocalı dedikdə - SOYQIRIMI sözü öz məntiqi yerini tutmağa başlayıb. Həmçinin, bu reallığı 31 mart tarixinə kökləməyin zamanı da çatıb. Hansı ki, «24 aprel» adlı erməni stereotipi yalanlar üzərində bəzi dövlətlər tərəfindən tanınır. Təəssüf ki, olmayan bir tarixi, olmayan bir hadisəni böyük türk dünyasının adına yazmaq, yazdırmaq riyakar, işğalçı ermənilərə müyəssər olub. Ancaq bu reallıq da mövcuddur ki, Azərbaycan Xocalını, 31 mart hadisələrini dünyaya tanıtdıqca və nəhayət Azərbaycan dövlətinin diplomatik «Dəmir yumruq» siyasəti nəticəsində 20 faizdən çox torpaqlarımızı 30 il əsarətdə saxlayan, “Böyük Ermənistan” xülyasına, “24 aprel” stereotipinin ağ yalanlarına 44 gün ərzində son qoyuldu, əzə bildi. Bu, Azarbaycanın haqq yolu idi və həqiqət hər zaman yalan üzərində qələbə çalıb. Bu əzm xalq-dövlət birliyinin, inamının qələbəsidir. Ali Baş Komandanın, Azərbaycan Prezidentinin “Dəmir yumruq” siyasətinin qələbəsidir. Və bu qələbədə bütün şəhidlərimizin, Xocalı soyqırımı, 31 mart soyqırımı şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan yeni reallıq yaratdı, Ermənistanın kapitulyasiyası oldu. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının dediyi kimi: “Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir, Siz isə öz miskin həyatınızın sonuna qədər məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqsınız”.Beləliklə, bir daha bütün dünya Azərbaycanın illər boyu haqq yolunda olduğunun şahidi oldu. Çünki haqqın tapdandığını görüb, onu müdafiə etməmək xəyanətdir, deyib ulu babalarımız. Bu gün Azərbaycan dövləti məhz bu haqq yolunda qürurla, inamla, vüsətlə, şərəflə və ləyaqətlə addımlayır. Əlbəttə ki, bu addımların altında Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı bu günədək törədilən soyqırımı, bəşəriyyət əleyhinə cinayət, irqi ayrı-seçkilik və etnik təmizləməyə əsaslanan məqsədyönlü siyasəti əzilib, əziləcək.Azərbaycan dövləti isə, ölkə rəhbərliyi məhz hücum siyasəti nəticəsində qələbələrini qazanır, bundan sonra da qazanacaq, öz doğma xalqı, milləti ilə bir yerdə həmişə olacaq!Bir sözlə, Ali Baş Komandanımız və qüdrətli ordumuz 44 günlük qələbə Zəfəri ilə dünyaya bir daha yalanın qısa ömürlü, həqiqətin əbədi olduğunu göstərə bildi. Yenə “Xeyir” və “Şər”in mübarizəsini Azərbaycanın timsalında “Xeyir” qazandı. Tarixi həqiqətin və milli qətiyyətin İlhamından doğan zəfər dünyaya: Qələbə və Qarabağ Azərbaycanındır, deyə məğrurcasına hayqırır!

Rəfiqə

sia.az

Digər xəbərlər