PDF Oxu

Mədəniyyət

  • 4 958

Ordubadda XVIII əsrə aid olan tarix-memarlıq abidəsi bərpa ediləcək

image

Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində yerləşən "Sərşəhər Məscidi" tarix-memarlıq abidəsinin bərpası üçün layihələndirmə işlərinə başlanılıb. Naxçıvan MR Mədəniyyət nazirliyindən SİA-ya verilən məlumata görə, bununla bağlı yerli şirkətlərdən biri ilə müqavilə imzalanıb.

Müqaviləyə əsasən Sərşəhər Məscidi, Sərşəhər meydanına giriş baş tağlarının bərpası və meydanın abadlaşdırılması işləri həyata keçiriləcək.

Qeyd edək ki, Sərşəhər məscidi XVIII əsrə aiddir. İkimərtəbəli məscidin mehrabı, ağac sütunları, şəbəkəli pəncərələri və meydanı var. 1986-cı ildə bərpa və təmir edilib, meydan kompleksi şəklinə salınıb.

Məscid Nazirlər Kabinetinin 2 avqust 2001-ci tarixli qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısındadır.

Digər xəbərlər

Metyu Perrinin şəxsi əşyaları hərraca çıxarılıb...

Təşəbbüs asılılıqdan əziyyət çəkən insanlara kömək etməyi hədəfləyir...

Merilin Monronun görünməmiş fotoları ortaya çıxıb...

60 ildən sonra unikal bir arxiv ictimaiyyətə açıqlandı…

İki film Tom Kruzu necə yeni səviyyəli ulduz etdi...

Onlar onu Hollivudun əsas ulduzuna çevirdilər...

“Mən nəyəsə inanıram, amma nəyə inandığımı deyə bilmirəm...”

Çulpan Xamatova 14 yaşında “şüuraltı” vəftizindən danışıb və tatar dilində danışmadığını etiraf edib