PDF Oxu

Mədəniyyət

  • 5 665

Masallıda "Məkr və Məhəbbət" əsəri nümayiş olunub

image

Lənkəran Dövlət Dram Teatrının kollektivi Masallı rayonunda qastrol səfərində olub. Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə gerçəkləşən qastrol proqramında teatrın aktyorları klassik alman dramaturgiyasının şah əsərlərindən biri olan Fridrix Şillerin “Məkr və Məhəbbət” faciəsini tamaşaçılara təqdim ediblər.SİA yerli mənbələrə istinadən xəbər verir ki, tamaşanı Masallı Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə və müəssisə rəhbərləri, rayon ictimaiyyəti və sakinlər izləyiblər.Tamaşada rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, aktyorlardan Səyad Əliyev, Gülər Kərimova, Saleh Əzimzadə, Məleykə Cəfərova, Teymur Hacızadə ifa etdilər.Səhnədə təqdim olunan əsər sevgi və cəmiyyətin sərt qanunları arasında sıxılmış iki gəncin faciəvi tale yolunu əks etdirir. Ferdinand və Luiza arasındakı saf münasibət sosial bərabərsizlik, məkrli siyasi oyunlar və hakimiyyət intriqalarının təsiri altında məhv olur. Kəskin dramatik qarşıdurmalar və psixoloji gərginliklər tamaşa boyunca alman klassik dramaturgiyasının gücünü bir daha nümayiş etdirib.

Digər xəbərlər

Metyu Perrinin şəxsi əşyaları hərraca çıxarılıb...

Təşəbbüs asılılıqdan əziyyət çəkən insanlara kömək etməyi hədəfləyir...

Merilin Monronun görünməmiş fotoları ortaya çıxıb...

60 ildən sonra unikal bir arxiv ictimaiyyətə açıqlandı…

İki film Tom Kruzu necə yeni səviyyəli ulduz etdi...

Onlar onu Hollivudun əsas ulduzuna çevirdilər...

“Mən nəyəsə inanıram, amma nəyə inandığımı deyə bilmirəm...”

Çulpan Xamatova 14 yaşında “şüuraltı” vəftizindən danışıb və tatar dilində danışmadığını etiraf edib