PDF Oxu

Mədəniyyət

  • 4

Qapalı dünyaların şeir boğçası

Qapalı dünyaların şeir boğçası
Bu günlərdə Hacı Tofiq Ceyidovun "Məhəmmədin şeir boğçasından" kitabı çapdan çıxıb. Bu, qələm sahibini oxuculara təqdim olunuan sayca 35-ci nəşridir. Kitabın rəyçisi Dünya Yazıçılar Birliyinin üzvü Əli Şahverdiyev, redaktoru isə Hüseyn Hacıyevdir.
Azərbaycan tarixini, etnoqrafiyasını araşdıraraq, bir sıra elmi-publisistik məqalələrlə çıxış edən Hacı Tofiq Seyidov bu məkanın övladlarının sənət və yaradıcılıq dünyasından, onların tale yollarından da bəhs edərək, sayseçmə insanların təcümeyi-halını çoxsaylı insanların mühakiməsinə vermək üçün qələmini işlətmişdir. Müxtəlif taleli insanların ömür yollarına salınan işıqda məqsəd yaşanılan illərin məna və ideyası ilə gəncləri tanış etmək, onların milli mənəvi dəyərlər üzərində tərbiyə olunmasına təsir göstərməkdir. Müəllifin "Məhəmmədin şeir boğçasından" kitabı da məhz bu məqsədlə nəşr edilmişdir. Müəllif yenə də araşdırmalarının nəticəsində Azərbaycanın ziyalı oğullarından birinin sənət dünyasını üzə çıxarmağı özünə borc bilmiş, onun ömrünə naxış olan misralarının yaşaması üçün Tanrının verdiyi ömür payında müəyyən saat və ayları məhz bu xeyirxah işə - Məhəmməd Əhmədovun yaradıcılıq ştrixlərinin üzə çıxarmağa həsr etmişdir.
Uşaqlıq, yeniyetməlik, gənclik dövrünün xatrələri dil açır şair qələmindən. Bu misralarda umu-küsü, giley də var, sevgi də, hicran da, xoşbəx dəqiqələr də. Hər an Tanrının insana bəxş etdiyi ömür yoluna naxış salır, onu mənalandırır. Hacı Tofiq Seyidov da belə bir insanla oxucusu arasında bir mənəvi körpü yaratmağa çalışıb, bu xeyirxah missiyanı üzərinə götürür. Nəsihətamiz fikirlər şair bədiiləşməsində xüsusi maraq kəsb edir. İnsanları halallığa çağıran bu misralarda təmizlik, paklıq, ülvilik özünü göstərir.
"Məhəmmədin şeir boğçasından" kitabı vasitəsi ilə oxucular Məhəmməd Əhmədovun nəzmə çəkdiyi misraların ideyasında dayana əsas qayə ilə tanış olacaqlar.

Digər xəbərlər