“Rostropoviç həftəsi” festivalı
2010-cu ildə Moskvada ilk dəfə məşhur violonçel çalan və dirijorun xatirəsinə həsr olunmuş "Rostropoviç həftəsi" festivalı keçiriləcəkdir. Tədbirin maestronun ad günü (27 mart) ərəfəsində baş tutacağı gözlənilir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, maestronun öz orkestri ilə dirijor Yuri Temirkanovun birgə açacağı festivalı Mininin kamera xoru Raxmaninovun "Zənglər" əsəri ilə yekunlaşdıracaqdır.
Bundan başqa, tədbirlərdə "Novaya Rossiya" simfonik orkestri, Rusiya milli orkestri də iştirak edəcəkdir.
Xatırladaq ki, bu il sentyabrın 13-19-da Moskvada Rostropoviçin xatirəsinə həsr olunmuş "Ustada eşq olsun" adlı beynəlxalq festivalda ustad dərsləri keçiləcəkdir.