PDF Oxu

Mədəniyyət

  • 9

Şirvanşahlar Saray Kompleksində (ŞSK) xeyriyyə tamaşası göstərilib

Şirvanşahlar Saray Kompleksində (ŞSK) xeyriyyə tamaşası göstərilib
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə Şirvanşahlar Saray Kompleksində (ŞSK) xeyriyyə tamaşası göstərilmişdir. Salman Qaracaoğlunun əsəri əsasında "Uşaq Teatrı" tərəfindən hazırlanmış "Sehirli çarıqlar" nağıl-tamaşası maraqla qarşılanmışdır.
ŞSK-nın elmi-mədəni tədqiqat mərkəzinin müdiri Vəfa Quliyeva bildirmişdir ki, "Uşaq ili" çərçivəsində keçirilmiş bu tədbir xüsusi qayğıya ehtiyacı olan uşaqların yay istirahətinin səmərəli təşkili və onları İçərişəhərlə tanış etmək məqsədi daşımışdır.
Qeyd edim ki, tamaşanın rejissoru İntiqam Soltan, musiqi tərtibatçısı Mahir İbrahim, rəssamı Sevda Məmmədovadır. Rolları Mehman Dilqəmoğlu, Ruslan Mürsəlov, Könül Şahbazova, Asya Atakişiyeva və başqaları ifa etmişlər.

Digər xəbərlər