PDF Oxu

Mədəniyyət

  • 12

Lələli kəndi yaxınlığında arxeoloji tədqiqatlar aparılır

Lələli kəndi yaxınlığında arxeoloji tədqiqatlar aparılır
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Qax rayonunun Lələli kəndi yaxınlığındakı yaşayış məskənində arxeoloji tədqiqatlar aparırlar. Ekspedisiya qrupunun rəhbəri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun bölmə müdiri, memarlıq elmləri doktoru Vilayət Kərimovdur.
Qeyd edək ki, ərazidə tədqiqat işlərinə cari ilin iyununda başlanılmışdır. İlkin qazıntı zamanı torpağın üst qatından orta əsrlərə aid saxsı qabların qırıntıları, gil qablar, ipəyirən və digər əşyalar tapılmışdır. Sonrakı qatda Yaloylutəpə mədəniyyətinə - eramızdan əvvəlki əsrlərə aid küp qəbir, vaza, su qabı və digər əşyalar aşkar olunmuşdur. Ərazidə tədqiqat işləri qarşıdakı aylarda da davam etdiriləcəkdir.

Digər xəbərlər