PDF Oxu

Mədəniyyət

  • 12

Mədəniyyət günləri Kazanda davam etdirilib

Mədəniyyət günləri Kazanda davam etdirilib
İyulun 1-də Moskvada İttifaqlar Evinin Böyük konsert salonunda start götürmüş Rusiyada Azərbaycan mədəniyyəti günləri Kazanda davam etdirilmişdir. S.Saydaşev adına konsert salonunda Tatarıstanda Azərbaycan mədəniyyəti günlərinin təntənəli açılış mərasimi olmuşdur. Bir il əvvəl isə Bakıda Tatarıstan mədəniyyəti günləri keçirilmişdi.
Tədbirlər proqramına Azərbaycanın yaradıcı kollektivlərinin çıxışları, Azərbaycan nümayəndə heyətinin Kazan şəhərinin muzeylərinə, mədəniyyət və ictimai mərkəzlərinə səfərləri daxil idi. Bir qədər əvvəl isə lXəzinə" milli rəsm qalereyasında Azərbaycan fotojurnalisti Fərid Xayrulinin lMənim Azərbaycanım" fotosərgisinin açılışı olmuşdur.
Tatarıstanda Azərbaycan mədəniyyəti günlərinin rəsmi açılışı çərçivəsində Dövlət Şurası sədrinin müavini Rimma Ratnikova Tatarıstan Prezidenti Mintimer Şaymiyevin, Dövlət Şurası və hökumətin adından qonaqları salamlamışdır. O öz çıxışında tatar və Azərbaycan xalqları mədəniyyətlərini bir-biri ilə sıx bağlayan çoxsaylı və müxtəlif əlaqələrin olduğunu xüsusi vurğulamışdır. R.Ratnikova Rusiyanın birinci Dövlət Dumasında tatar və Azərbaycan deputatlarının təşkil etdikləri müsəlman fraksiyasını xatırlatmış, Azərbaycan şairlərinin tatar poeziyasına güclü təsir göstərdiyini, tanınmış tatar və Azərbaycan teatr kollektivlərinin birgə qastrollarını və ilk lQızıl minbər" qran-pri mükafatının, məhz Azərbaycan kinematoqrafçılarının aldığını qeyd etmişdir. O demişdir: lBu əlaqələr həqiqətən dərindir və bizə çox yaxındır. Onlar uydurulmamış, yuxarıdan göstərişlə yaradılmamışdır, bu, iki xalqın nümayəndələri arasında münasibətlərdə qorunub saxlanılır və inkişaf etdirilir". R.Ratnikova qeyd etmişdir ki, bu gün Azərbaycanda kifayət qədər böyük və fəal tatar diasporu vardır. Diaspor nümayəndələri tatar dilini və milli mədəniyyətini qoruyub saxlayırlar. Tatarıstandakı Azərbaycan diasporu nümayəndələri də ictimai həyatın, demək olar ki, bütün sahələrində fəal iştirak edirlər. Onlar Tatarıstanın həqiqətən fəxr etdiyi həkimlər, müəllimlər və artistlərdir. Rimma Ratnikova çıxışını belə yekunlaşdırmışdır: lQoy bu gün başlanmış Azərbaycan mədəniyyəti günləri Tatarıstanın həyatında böyük hadisə olsun".
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirmişdir ki, Tatarıstan və Azərbaycanıın həqiqətən ümumi cəhətləri çoxdur. Nümayəndə heyətimiz Tatarıstan tarixi və parlamenti muzeyi və mədəniyyət mərkəzləri ilə tanış olmaq imkanı əldə etmişdir. Bu zaman iki xalqı birləşdirən ümumi köklərin, ümumi adların və ideyaların nə qədər çox olduğunu gördük. İnanırıq ki, bugünkü mədəniyyət günləri ötən il Azərbaycanda keçirilmiş Tatarıstan mədəniyyəti günləri kimi əməkdaşlığımızın inkişafında yeni mərhələ olacaqdır. Digər ölkələrdə keçirilmiş Azərbaycan mədəniyyəti günlərindən fərqli olaraq, Rusiyaya gənc musiqiçiləri, rəqqasları, müğənniləri gətirmişik. Məqsədimiz mədəniyyətimizin ənənələrə söykəndiyini, inkişaf etdiyini və böyük gələcəyi olduğunu göstərməkdir.
Tatarıstanda Azərbaycan mədəniyyəti günlərinin rəsmi açılışı çərçivəsində Azərbaycan Dövlət gənclər simfonik orkestrinin konserti nazir Əbülfəs Qarayevin sözlərinin birbaşa sübutu oldu və tamaşaçılar tərəfindən böyük heyranlıqla qarşılandı. Gecənin qonaqlarına Azərbaycan incəsənət ustalarının ifasında müxtəlif janrda maraqlı musiqi nümunələri təqdim edildi. Konsert proqramında dünya klassiklərinin Ü Motsart, Ştraus, Bramsın, habelə, Azərbaycan bəstəkarlarının əsərləri, xalq çalğı alətlərində gənc istedadların ifasında Azərbaycanın xalq musiqisi səslənmişdir. Salona toplaşanlar lMənim Azərbaycanım" gözəl rəqs kompozisiyasını təqdim edən Bakı Xoreoqrafiya Məktəbi şagirdlərinin çıxışlarını alqışlarla qarşılamışlar.

Digər xəbərlər