PDF Oxu

Mədəniyyət

  • 14

Beynəlxalq Tələbə Kinofestivalı

Beynəlxalq Tələbə Kinofestivalı
Tbilisidə "Amirani" beynəlxalq tələbə kinofestivalı keçirilib. Bu il kinofestivalda iştirak edənlərin sayı xeyli artmışdır. 10 ölkənin - Azərbaycan, Gürcüstan, Boliviya, Bolqarıstan, Almaniya, İspaniya, Slovakiya, Ukrayna, Şri-Lanka və İsveçrə kinematoqrafçıları öz işlərini festivala təqdim ediblər.
Festival Şota Rustaveli adına Gürcüstan Dövlət Kinematoqrafiya Universiteti və ölkənin Mədəniyyət, İdman və Abidələrin Mühafizəsi Nazirliyi tərəfindən tələbə kinematoqrafçıların peşə səviyyəsinin artırılmasına yardım məqsədilə təşkil olunub. Festival çərçivəsində Rüstəm İbrahimbəyovun kino məktəbinin təqdimatı, habelə, 4 ustad dərsi keçirilmiş, filmlər nümayiş etdirilmişdir. Ölkəmizi Rüstəm İbrahimbəyovun beynəlxalq kino məktəbinin tələbəsi Günel Nəcəfzadə təmsil edib. Gənc rejissorun "Dovşanın ölümü" qısametrajlı filmi təqdim olunub. Film Rüstəm İbrahimbəyov kino məktəbinin "Bakı, mən səni sevirəm" layihəsi çərçivəsində "Simurq" studiyasında lentə alınıbdır. Filmin ssenarisi Afaq Məsudun iki insanın tənhalığından bəhs edən eyniadlı hekayəsi əsasında yazılıbdır. Günel Nəcəfzadənin filmi müsabiqənin xüsusi mükafatına layiq görülübdür. O bildirib ki, gələcəkdə filmini başqa müsabiqələrə təqdim etmək niyyətindədir.
Festivalın yaradılması ideyası 1978-ci ildə meydana gəlmişdir. Münsiflər heyətinin tərkibinə Otar İoseliani, Merab Kokoçaşvili, Rezo Esadze və Leonid Qayday kimi tanınmış kinematoqrafçılar daxil idi.

Digər xəbərlər