PDF Oxu

Mədəniyyət

  • 11

Beynəlxalq Yay Teatr Məktəbi Məktəbdə Azərbaycandan 90 aktyor iştirak edəcək

Beynəlxalq Yay Teatr Məktəbi Məktəbdə Azərbaycandan 90 aktyor iştirak edəcək
Mayın 31-də Moskva yaxınlığında Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının Beynəlxalq Yay Teatr Məktəbi açılacaq. Bu maarifləndirici layihə RF prezidentinin himayəsi ilə MDB və Baltik ölkələri rus teatrlarının dövlət və ictimai dəstəyi Proqramı çərçivəsində həyata keçirilir. Məktəbin təşkilatçıları Rusiya Federasiyası Teatr Xadimləri İttifaqı, xarici işlər və mədəniyyət nazirlikləri, Moskva vilayətinin Mədəniyyət Nazirliyidir. Məktəbi MDB-nin üzvü olan Dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondu və "Konstantinovsk" Beynəlxalq Xeyriyyə Fondu himayə edir. RF TXİ-nin Beynəlxalq Yay Teatr Məktəbinin bədii rəhbəri Rusiyanın xalq artisti Aleksandr Kalyagindir.
Məktəbdə dünyanın 30 ölkəsindən, o cümlədən, Azərbaycandan 90 aktyor iştirak edəcəkdir.
Məktəb iştirakçıları Rusiyanın tanınmış müəllimlərinin rəhbərliyi altında aktyor sənəti, səhnə danışığı və hərəkəti, habelə, qılıncoynatma, akrobatika, ritm, vokal, rus və xarici ölkə teatrlarının tarixi siniflərində məşğul olacaqlar. Ənənəyə görə məşhur teatr və kino xadimləri - Aleksandr Kalyagin, Pyotr Fomenko, Lev Dodin, Leonid Xeyfets, Qalina Volçek və Valeri Fokinlə ustad - siniflərin keçirilməsi planlaşdırılmışdır. Məktəb üzvləri müxtəlif janrlarda dörd buraxılış tamaşası göstərəcəklər.

Digər xəbərlər