PDF Oxu

Mədəniyyət

  • 9

Dünya şöhrətli məşhur rəssam

Dünya şöhrətli məşhur rəssam
Görkəmli fırça ustası, SSRİ-nin və Azərbaycanın xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov Fransanın mədəniyyət və kommunikasiya naziri tərəfindən, .bu ölkənin ən nüfüzlu mükafatlarından biri sayılan "İncəsənət və ədəbiyyat" ordeninin yüksək "Zabit" dərəcəsi ilə təltif edilmişdir.
Görkəmli rəssam bu yüksək mükafata Fransa ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə layiq görülmüşdür.
Bütün əsərləri ilə dünyada tanınan və yaradıcılıq irsini uğurla yaşadan və inkişaf etdirən Tahir Salahov Azərbaycan rəssamlıq sənətinə böyük töhfələr vermişdir.
Tahir Salahovun həyatı Azərbaycan rəssamlıq sənəti ilə üzvü şəkildə bağlıdır. Gənclik illərindən sənətlə məşğul olan rəssam, bu zaman məsafəsində yaradıcılıq irsini insanlara sevdirə bilmişdir. Qeyd edim ki, Tahir Salahov 1945-ci ildə Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Kollecində oxumuşdur. 1951-1957-ci illərdə Moskva Dövlət Rəssamlıq Universitetini bitirmişdir.
Onun erkən yaşlarında tanınmasına səbəb diplom işi olmuşdur. Moskva Ümumittifaq Bədii Sərgisində 1957-ci ildə meydana çıxmış və ictimaiyyət tərəfindən kritik olaraq qəbul edilmişdir. Rəssamın ziddiyyət təşkil etməyi qənaət edən palitrası qırmızılığını seçdi, qara, işıq və tünd boz tonlar və rəngləmiş düzənliklərə dekorativ funksiya verdi. Onun sonrakı işlərində sülh, lirik mücərrəd və Şərqi təsirlər daha aşkardır. T.Salahov yaradıcılığında onun portretləri böyük uğur gətirmişdir. Həmin nümunələrə misal olaraq "Anamın portreti", "Aydan", "Qara Qarayev", "Mirzə Ələkbər Sabir"," Fikrət Əmirov ", "Rəsul Rza" və.s göstərmək olar.
Salahov 1960-1961-ci illərdə Azerbaycan Rəssamlar Birliyində katib vəzifəsində çalışmışdır. 1963-1974-cü illərdə Azərbaycan Dövlət İncəsənət Universitetində dərs demişdir. 1984-1992-ci illərdə Moskva Dövlət Universitetinin bədii yaradıcılıq kafedrasının müdiri vəzifəsində çalışmışdır.
YUNESKO-nun nəzdində Millətlərarası Rəssamlar Federasiyasının vitse-prezidenti, Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti (1997-ci ildə seçilib), Sosialist Əməyi Qəhrəmanı və s. digər adlar alaraq 20 il ərzində rəssamlıq atelyesinə rəhbərlik edib, 1980-1992-ci illərdə V.İ. Surikova adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəssamlıq və kompozisiya kafedrasını idarə edib, neçə-neçə məşhur rəssamlar yetişdirib.
T.Salahov dəfələrlə SSRİ Rəssamlar İttifaqının birinci katibi seçilib. O, 1979-cu ildən indiki vaxta kimi Rusiyanın Rəssamlıq Akademiyasının prezidiumunun üzvü və rəssamlıq şöbəsinin akademik-katibidir (1992-ci ilin may ayına qədər SSRİ İncəsənət Akademiyası). Tahir Salahovun bunlardan başqa da daha çoxsaylı işlərini, nailiyyətlərini sadalamaq mümkündür.
Onun əsərləri Azərbaycanda, Rusiyada, Ukraynada və dünyanın bir çox ölkələrində sərgilənmişdir. Salahov öz zəngin yaradıcılığına görə 1965-1970-ci illərdə Azərbaycan Dövlət mükafati ilə, Azərbaycan İstiqlal ordeni ilə, eləcə də, dünyanın bir çox ölkələrində yüksək mükafatlarla təltif olunmuşdur. "İlin adamı" xüsusi diplomuna və mükafata layiq görülmüşdür.
Dünya şöhrətli rəssam, harada olursa-olsun, doğma Vətənini böyük məhəbbətlə tərənnüm edir. Tahir Salahovun planetin ən məşhur muzeylərində nümayiş etdirilən əsərləri tamaşaçıları heyran qoyur.
"Mükafat almaq asandır, ömrünü fədakarcasına Vətənə xidmətə, onun tarixi və mədəni dəyərlərinin təbliğinə həsr etmək isə çətindir" deyən Tahir Salahov bunun öhdəsindən uğurla gəlmiş, bütün ömrü boyu Vətəni, xalqı üçün yaşamışdır.
Tahir Salahovun mükafatları çoxdur. Ancaq onun üçün ən əziz mükafat Azərbaycan Respublikasının ali ordeni - "Heydər Əliyev" ordenidir. Bu mükafatı ona yubilyarın yaradıcılığını yüksək qiymətləndirən Prezident İlham Əliyev 80 illik yubileyi münasibətilə təqdim etmişdir.
Budur, Azərbaycan mədəniyyətini, azərbaycançılıq ideyalarını dünyada layiqincə təmsil edən soydaşımız daha bir mükafata layiq görülmüşdür. Bu, Azərbaycan rəssamlıq məktəbinə verilən mükafatdır.
Tahir Salahov - dünyada məşhur rəssam, həyatın ritmini dəqiq tutan, vaxtı eşitməyi və ona qulaq asmağı bacaran bir şəxsiyyətdir. Onun incəsənəti demək olar ki, müasirliklə aktiv dialoqdur.

Digər xəbərlər