İqtisadiyyat

  • 4 348

“Şuşada 16 bina istilik təchizatı ilə təmin olunub”

image

“İşğaldan azad edilmiş ərazilərimizdə enerji infrastrukturunun bərpası və yenidən qurulması ilə Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin "Şəhərsalma" və “Enerji təminatı məsələləri” İşçi Qrupunun fəaliyyətində "Azəristiliktəchizat" ASC təmsil olunmaqla Baş Planların müzakirələrində və istilik infrastrukturunun yaradılması ilə bağlı təkliflərin hazırlanmasında fəal iştirak edir”. SİA xəbər verir ki, bu fikirləri "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev istilik mövsümünün başlanmasına həsr olunmuş brifinq zamanı bildirib.O qeyd edib ki, Şuşa şəhərində gücü 8110 kVt/saat olan 7 qazanxananın tikintisi və müxtəlif təyinatlı 16 binanın məhəllədaxili və binadaxili istilik və isti su təchizatı sistemlərinin yenidən qurulması işləri başa çatdırılaraq işə salınıb.

Müəllif: Abutel İlhamqızı

Digər xəbərlər