İqtisadiyyat

  • 9 182

“Biz əmək bazarını üçüncü addım kimi görürük” - SƏDR DANIŞDI

image

“Karyera İnkişaf Forumu ənənə xarakteri daşıyır. Biz artıq ikinci ildir ki, bu tədbiri keçiririk. Tədbirin keçirilməsində əsas məqsəd cəmiyyətin diqqətini təhsil sisteminə girişdə, ondan öncəki addım olaraq isə düzgün karyera seçiminin həyata keçirilməsi, daha sonra düzgün seçilmiş karyeranın təhsil sistemində ən yaxşı şəkildə mənimsənilməsi və bunun sonra əmək bazarına düzgün formada giriş edilməsinə diqqət çəkməkdir”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli bildirib.Onun sözlərinə görə, əsas mahiyyət ondan ibarətdir ki, gənclər əmək bazarına hazır və əmək bazarına olan çağırışlarla tanış olsunlar: “Tədbirə toxunulan əsas vacib məqamlar təhsil sistemi ilə bağlı idi. Düşünürəm ki, çox önəmli tezislər səsləndirildi. Qeyd olunduğu kimi biz əmək bazarını üçüncü addım kimi görürük. Burada ikinci addım olan təhsil sisteminin də rolu çox böyükdür. Forumun keçirilmə məqsədlərindən biri də məhz qurumlararası inteqrasiyanın, fəaliyyətin birləşdirilməsidir.Karyera İnkişaf Formunun isə hər ilin son ayında keçirilməsi planlaşdırılır”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər