PDF Oxu

İqtisadiyyat

  • 10 501

“Yaşıl enerji” dəhlizinin yaradılması Avropanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyəti daşıyır

image

Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazov ilə Serbiya Baş nazirinin müavini, maliyyə naziri Sinişa Mali və mədən və energetika naziri Dubravka Jedoviç arasında görüş olub.

Nazirlikdən bildirilib ki, görüşdə Azərbaycan-Serbiya enerji əməkdaşlığının gündəliyindəki prioritet məsələlər müzakirə edilib. Təbii qaz, elektrik enerjisi və bərpaolunan enerji sahələrində əməkdaşlıq üçün yeni imkanlar Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “yaşıl enerji” dəhlizinin yaradılması dəyərləndirilib. Hər iki dəhlizin Serbiya da daxil olmaqla, Avropa ölkələrinin enerji təchizatının diversifikasiyası və enerji təhlükəsizliyi üçün strateji əhəmiyyəti vurğulanıb.
Serbiya və Bolqarıstan arasında interkonnektorun inşasının gələcəkdə Azərbaycandan təbii qazın ixracına imkan yaratdığı və Serbiyanın ölkəmizlə uzunmüddətli əməkdaşlıqda maraqlı olduğu ifadə edilib. Eyni zamanda, Serbiyanın gələcəkdə Qara dəniz sualtı elektrik xətti layihəsinə qoşulma perspektivləri nəzərdən keçirilib. İki ölkənin enerji əməkdaşlığının inkişafı üçün enerji sahəsi üzrə müzakirələrin İşçi Qrupu çərçivəsində davam etdirilməsinin vacibliyi bildirilib.
Söhbət zamanı energetika naziri Dubravka Jedoviç 2023-cü ilin fevral ayında Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 9-cu iclasına dəvət edilib.

yap.org.az

Digər xəbərlər

The Financial Times: Çin niyə rekord sürətlə qızıl alır?

Ölkə səkkiz ayda 1000 tondan çox qızıl idxal edib...

Ukrayna neft məhsullarını Macarıstanda saxlayacaq...

Kiyev və Budapeşt Karpat Səkkizliyi sammiti çərçivəsində müqavilə imzaladılar...

Wildberries və Ozon çoxsaylı məhkəmə iddiaları ilə üzləşib

Anbarlara PUA-ların hücumundan sonra məhkəmə iddiaları “töküldü”...

Rusiya qaçılmaz çöküşə doğru gedir...

Kreml artan yükün öhdəsindən gələ bilmir...

Bazar nikbinlik üçün səbəb tapdı...

Səudiyyə Ərəbistanı neft qiymətlərini dəyişdirdi. Brent markalı xam neftin fyuçersləri ardıcıl üçüncü gündür ki, ucuzlaşıb...