"Monitorinq və qiymətləndirmə İİTKM-in əsas istiqamətlərindəndir. Mərkəz hazırda "Azərbaycan Respublikasının qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı", "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası" və "Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı"nın monitorinq və qiymətləndirilməsini həyata keçirir". SİA xəbər verir ki, bu sözləri İİTKM-in ilin yekunlarına dair mətbuat konfransında Vüsal Qasımlı deyib.O bildirib ki, eyni zamanda "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" və "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın monitorinq və qiymətləndirilməsini də Nazirlər Kabinetinin sifarişi əsasında İİTKM reallaşdırır: "İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən strategiyaların, dövlət proqramlarının, tədbir və tapşırıqların icra vəziyyətinin monitorinq və qiymətləndirilməsi üzrə ümumilikdə 78 monitorinq və qiymətləndirmə hesabatı hazırlanıb".
Müəllif: Ləman Əlizadə
Bir mədən dünya rekordu qıra bilər...
Rusiyanın neft emalı sənayesinin sistemli böhrana nə qədər vaxtı var?
Ekspert 1998-ci il defoltundan daha pis bir böhran proqnozlaşdırdı...
Mütəxəssislər bu payız qiymətlərlə nə baş verəcəyini proqnozlaşdırırlar...
Neftayırma zavodlarını qorumaq üçün yanacaqdoldurma məntəqələrinin qiymətlərinin dəyişdirilib-dəyişdirilməyəcəyi ilə bağlı suala hakimiyyət orqanları belə cavab verib...
Çinli tərəfdaşlar bu prosesi fəal şəkildə asanlaşdırırlar...