İqtisadiyyat

  • 6 149

“Artımlar hər bir ailənin büdcəsini xeyli gücləndirmiş olacaq” - DEPUTAT ŞƏRH ETDİ

image

“Bildiyimiz kimi, bu ilin yanvarın ilk günlərindən başlayaraq, Prezident İlham Əliyev atdığı addımlarla Azərbaycan xalqına, xüsusilə də həssas kateqoriyadan olan vətəndaşlara çox gözəl müjdələr verdi. Öncə möhtərəm Prezidentimizin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər” haqqında Sərəncamla 2023-cü il üçün minimum aylıq əməkhaqqının, əmək pensiyalarının məbləğinin və yaşayış minumunin artırılması ilə təsdiq edildi. Yanvarın 13-də isə ölkə başçısı imzaladığı yeni Sərəncam və fərmanlarla şəhid ailələrinə, müharibədə, 20 yanvar hadisələri zamanı, hərbi xidmət vəzifələrini yerinə yetirərkən, Çernobıl AES- də hərbi xidmətlə əlaqədar əlilliyi müəyyən edilənlərə, Əfqanıstan müharibəsi iştirakçılarına, 1941-1945-ci il İkinci dünya müharibəsinin iştirakçılarına, hərbi tapşırıqları yerinə yetirərkən əlil olmuş və ya həyatını itirmişlərə, bir sözlə bütün həssas qrup kateqoriyalara daxil edilən vətəndaşlara verilən aylıq təqaüdə, müavinətlər artırıldı. Bununla bərabər çoxuşaqlı, daha dəqiq desək 5 və beşdən artıq uşaqları olan analara, 1 yaşadək uşağı olan aztəminatlı ailələrə, hərbiçilərin uşaqlarına, uşağın anadan olmasına görə, dəfn üçün və s. verilən müavinətlərə artım edildi. Bu sərəncam və fərmanlarla Prezident İlham Əliyev Azərbaycan vətəndaşının sosial müdafiəsinin gücləndirilməsinə və rifahının artırılmasına yönələn növbəti çox mühüm addım atdı”. Bu sözləri SİA-ya açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.Onun sözlərinə görə, belə bir Sərəncam və fərmanların imzalanması ilk dəfə deyil, əksinə bu artıq dövlətin sosial siyasətinin davamlılıq və ənənəsidir: “Bu mənada artıq on ildən çoxdur ki, Azərbaycan vətəndaşı hər il dövlətimizin başçısının əhalinin sosial rifahının gücləndirilməsi ilə bağlı belə bir humanist, rifahı yaxşılaşdıran sənəd qəbul edəcəyini bilir. Çünki ölkəmizdə uzun illərdir bütün sahələrdə çox əsaslı islahatlar həyata keçirilir.Xüsusi vurğulamaq istərdim ki, 2009-cu ildən sosial sahədə həyata keçirilən islahatları inqilabi addımlar adlandırmaq olar. Həmin sosial islahatların miqyası çox geniş əhali qrupunu əhatə edir. Sonuncu Sərəncam və Fərmanlar da son beş ilin dördüncü sosial paketi hesab olunur.Dövlət Başçımızın daim diqqətində olan Azərbaycan vətəndaşının sosial müdafiəsinin gücləndirilməsi və rifahının yüksəldilməsi də məhz Azərbaycan vətəndaşının konstitusion hüquqlarının yüksək səviyyədə təmin edilməsinə xidmət edən siyasətdir: “Azərbaycan vətəndaşının ləyaqətli həyat tərzinin təmin edilməsi təkcə onun əməkhaqqının, təqaüdünün, pensiyasının artırılması demək deyil. Mənzil təminatı, ətraf mühitin sağlamlaşdırılması, asudə vaxtının təşkili, fiziki və mənəvi sağlamlığının qorunması və təmini, ölkənin bütün bölgələrində sosial-iqtisadi infrastruktur layihələrinin həyata keçirilməsi, şəhid və qazilərimizin mənzillə təmin edilməsi, müəyyən kateqoriyalı insanların güzəştli sosial evlərlə təmin olunması, səhiyyə xidmətinin əlçatan olması, təhsilin keyfiyyətinin artırılması - bütün bunlar kompleks şəkildə Azərbaycan vətəndaşının ləyaqətli yaşamasını təmin edən şərtlərdəndir. Bir yandan ölkə başçısı maddi-iqtisadi vəziyyətin, ailə büdcəsinin gücləndirilməsi istiqamətində çox ciddi qərarlar qəbul edir. Digər yandan Azərbaycan vətəndaşının həyat və yaşayış keyfiyyətinin yüksəldilməsinə xidmət edən digər amillər də unudulmur”.Deputat sözlərinə belə davam edib: “Bu günlərdə qəbul olunmuş Sərəncam və Fərmanlar nəticəsində həmçinin dövlət büdcəsindən maliyyələşən 25-dən çox müəssisələrdə çalışan işçilərin əməkhaqları, təhsilin bütün pillələrində tələbələrin, eləcə də magistrant və doktorantların, adlı təqaüdlərin fəxri adlara və elmi dətəcələrə görə verilən təqaüdləri də artırıldı. Əməkhaqlarında artım 15 faizdən başlayıb, hətta elə kateqoriyalar var ki, əməkhaqlarında 50-60 faiz artım qeydə alınıb. Bu mənada sonuncu Fərman və Sərəncamlar əvvəlkilərə nisbətən daha yüksək formada dəyərləndirilməlidir. Son günlər imzalanmış Fərman və Sərəncamlar 2 milyona yaxın vətəndaşa şamil ediləcək. Eyni zamanda, dövlət büdcəsindən 750 milyon manat vəsait həmin artımlara sərf olunacaq. Bu artımlar hər bir ailənin büdcəsini xeyli gücləndirmiş olacaq. Ölkədə iki milyon ailənin olması və Sərəncamların da 2 milyona yaxın vətəndaşı əhatə etməsi onu göstərir ki, ən azı hər ailədə biz bunun müsbət təsirini görəcəyik. Elə ailələr var ki, onlara iki-üç kateqoriyadan olan artımlar təsir edəcək.Əminəm ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sosial rifahın gücləndirilməsi istiqamətində imzaladığı sərəncam və fərmanları bununla məhdudlaşmır və bu proses ilboyu davam edəcəkdir. Ölkə başçısı bir neçə gün əvvəl televiziya kanallarına verdiyi müsahibədə də bu siyasətin davam edəcəyini bildirib. Hətta bu müsahibədə möhtətəm Prezidentimiz xüsusi vurğuladı ki, biz bu artımlarla hələ razı deyilik və bu artıq bundan sonra daha da artırılacaq və ölkədə orta əmək haqqı 900 manata çatdırılacaqdır.Hələ ötən il büdcə müzakirələri aparılanda ictimaiyyətə 3 milyon manata yaxın artım olduğu açıqlandı. Hər kəs bilirdi ki, həmin artım sosial sferaya daha çox yönələcək. Bu da onun nəticəsidir ki, 2023-cü il dövlət büdcəsinin təxminən 46-47 faizi məhz sosial sferaya ayrılıb.Azərbaycan xalqı öz xoşbəxt taleyini Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin siyasətinə bağlayıb və dövlətimizin başçısının ətrafında sıx birlik nümayiş etdirir. Azərbaycan vətəndaşı əmindir ki, dövlət başçısının qlobal miqyasda apardığı uğurlu xarici siyasət kimi daxili siyasətdə də çox böyük nailiyyətlərə imza atacaq”.

Ayşən Vəli

Digər xəbərlər