“Keçdiyimiz günlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə müstəqillik dövrümüzün 1280 mvt gücündə ən böyük stansiyasının təməlqoyma mərasimi keçirilib. Bu böyük stansiya Azərbaycanın sənaye şəhərlərindən biri olan Mingəçevir şəhərində inşa olunacaq. Cənab Prezidentin də dediyi kimi, 2025-ci ildə bu stansiyasının artıq açılışı keçiriləcək. Bu müstəqillik dövrümüzün ən böyük elektrik stansiyasıdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar İskəndərov bildirib.Onun sözlərinə görə, stansiyanın Mingəçevirdə inşa edilməsi təsadüfi deyil: “Mingəçevir Azərbaycanın energetika mərkəzi kimi tanınır. Ümummili Lider Heydər Əliyev 1976-cı ildə məhz Mingəçevirdə elektrik stansiyanın təməlini qoymuşdur.Cənab Prezident səsləndirdiyi fikirlərində Mingəçevirin bu sahədəki böyük önəmini də qeyd etdi. Hazırda Mingəçevir bu baxımdan əsas şəhərimizdir. Orada fəaliyyət göstərən elektrik stansiyaları Azərbaycanın elektrik enerjisinə olan ehtiyacının böyük bir hissəsini ödəyir. Eyni zamanda Mingəçevir həm də elektro-energetika mərkəzi kimi yeni dövrə açılacaq və potensialımızı gücləndirəcək.Ümumiyyətlə ölkədə bütün sahələrdə sürətli inkişaf var. Cənab Prezident müxtəlif sahələr üzrə obyektlərin açılışını edir. Bütün bunlar isə ölkəmizin inkişafından xəbər verir. Düşünürəm ki, yeni təməli qoyulan bu stansiya gələcəkdə Azərbaycanın energetika sahəsində önəmini daha da artıracaq”.
Müəllif: Səbinə Hüseynli