Yanvarda Azərbaycandan 10,6 min tondan çox polipropilen ixrac edilib. Dövlət Gömrük Komitəsindən (DGK) SİA-ya bildirilib ki, ixrac edilən polipropilenin dəyəri isə 9,6 milyon ABŞ dolları olub.Xatırladaq ki, ötən ilin müvafiq ayında 10,3 milyon dollarlıq 6,5 min ton polipropilen ixraca göndərilib.Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi üzrə inşa olunan polipropilen zavodunun illik istehsal gücü 184 min tondur. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-dən polipropilenin ixracına başlanılıb.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...