2023-cü ilin yanvar ayında dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 564,7 min ton təşkil edib. Dövlət Statistika Komitəsindən SİA-ya bildiriblər ki, əvvəlki ilin yanvar ayına nisbətən 26,7 faiz artıb.Yüklərin 57,1 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 894,2 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 727,5 min tonunu və ya 81,4 faizini tranzit yüklər təşkil edib.2023-cü il fevral ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 30,6 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2022-ci ilin yanvar ayına nisbətən 88,9 faiz artaraq 1,7 min nəfər olub.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...