Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Kommissiyanın qarşısında cənab Prezident İlham Əliyev tərəfindən qoyulmuş əsas vəzifə Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması və ölkənin beynəlxalq reytinqlərdə mövqelərinin gücləndirilməsi idi". SİA xəbər verir ki, bu sözləri “Rəqəmsal İdarəetmə Platforması və yeni iqtisadi təşəbbüslərin təqdimatı” mövzusunda keçirilən konfransda Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, Komissiyanın üzvü Vüsal Qasımlı deyib.O bildirib ki, ötən il komissiya uğurla fəaliyyət göstərib: "Komissiyanın işçi qrupunun sayı 23-ə çatıb: "Bu işçi qruplar çərçivəsində 77 iclas keçirilib. Komissiyanın təşəbbüsü ilə keçirilən bugünkü tədbirdə əsas məqsəd dövlət-özəl dialoqunun daha da genişləndirilməsi, ötən il əldə olunmuş nailiyyətlərin təqdim olunması və bu ilki fəaliyyət istiqamətləri barədə ictimaiyyəti məlumatlandırmaqdır. Qürur hissi ilə qeyd etmək istəyirəm ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya dövlət-özəl dialoqu formatında yalnız dövlət qurumları və özəl təşkilatların deyil, həm də beynəlxalq inkişaf partnyorlarınən, akademiyanın, vətəndaş cəmiyyətinin müxtəlif institutlarının da nümayəndələrini cəlb etməklə 300-dən çox şəxsi əhatə edən kollektivə çevrilib".
Müəllif: Ləman Əlizadə