“Bakı şəhərinin ətraf qəsəbələrində suyun itki faizi daha çoxdur. Səbəb isə sürətli şəkildə inkişafın özü ilə müsbətlə yanaşı, həm də mənfilər gətirməsidir”. Bu sözləri brifinqdə çıxışı zamanı Azərsu ASC-nin sədr müavini Etibar Məmmədov bildirib.Onun sözlərinə görə, belə ki, infrastruktur olmayan yerdə tikintilər olması, yaşayış məntəqələrinin salınması təbii olaraq su itkilərinin olmasına səbəb olur: “Eyni zamanda Abşeronda sistem də köhnəlib. Təxmini 70 faizdən çox texnika istifadə müddətini başa vurub. Azərsu ASC olaraq, bu istiqamətdə işlərimiz davam edir. Eyni zamanda sudan qeyri-qanuni istifadə edən istehlakçılarla bağlı da ciddi işlər görülür.Düzdür, nəzərə almaq lazımdır ki, sayğaclaşma prosesi tam başa çatmayıb. Dövlət büdcəsindən bu il də vəsait ayrılacaq və sayğaclaşma prosesi davam etdirilir”.
Müəllif: Səbinə Hüseynli
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...