PDF Oxu

İqtisadiyyat

  • 6 032

Neft 1% ucuzlaşıb

Neft 1% ucuzlaşıb

Dünya bazarında neft qiymətləri 1% aşağı düşüb.SİA birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin may fyuçersləri 1,05 % ucuzlaşaraq 1 bareli 79,92 ABŞ dollarına satılıb. WTI neftinin aprel fyuçerslərinin qiyməti isə 1,11 % düşüb və 1 bareli 73,97 ABŞ dolları təşkil edib.Qlobal treyderlər ABŞ-ın bank sektorundakı problemlər fonunda risk etməməyə üstünlük verirlər. Son günlərdə Avropanın birja indeksləri 3%, Asiyanın birja indeksləri təxminən 2% düşüb, neft və mis ucuzlaşıb, qızıl və bitkoin isə əksinə, bahalaşıb.

Digər xəbərlər