İqtisadiyyat

  • 6 585

Azərbaycanda 106 minə yaxın vergi ödəyicisinə xidmət göstərilib

image

Bu ilin yanvar-fevral aylarında Azərbaycandakı vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 105 885 şəxs qəbul edilib.SİA xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.Məlumata görə, onlara 202 666 xidmət göstərilib ki, bunun da 56 mindən çoxu şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 54 mindən çoxu isə elektron xidmətlər (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) olub.Dövr ərzində göstərilmiş ümumi elektron xidmətlərin 89,1 %-ni 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

- Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
- qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə və parolun verilməsi və yenidən verilməsi;
- vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;
- sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
- vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
- fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
- "Asan İmza” sertifikatlarının verilməsi;
- vergi ödəyicisinə arayışların verilməsi;
- fiziki şəxsin uçotdan çıxarılması.
Dövr ərzində 810 vergi ödəyicisinin iştirakı ilə 58 görüş keçirilib, 916 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərindən daxil olmuş 7,4 mindən çox yazılı müraciət cavablandırılıb, 3,4 milyondan çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), mobil telefon nömrələrinə 345 mindən çox SMS göndərilib.

Digər xəbərlər