İqtisadiyyat

  • 3 725

İlisu Dövlət Təbiət Qoruğunda ekoloji monitorinq aparılıb

image

İlisu Dövlət Təbiət Qoruğunun Ağyazı ərazisində ekoloji monitorinq aparılıb.Bu barədə SİA-ya AMEA-dan məlumat verilib.Monitorinq AMEA Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya, Landşaftşünaslıq və Tut ipəkqurdunun seleksiyası şöbələrinin əməkdaşları tərəfindən aparılıb. Monitorinq zamanı ərazinin torpaq və bitki örtüyü tədqiq olunub, həmçinin Saturnia puri vəhşi ipəkqurdunun təbiətdəki arealının öyrənilməsi üzrə araşdırmalar aparılıb.

Digər xəbərlər