İqtisadiyyat

  • 3 542

Azərbaycanda ipotekaya əlçatanlıq hansı səviyyədədir? – İQTİSADÇI-EKSPERT ŞƏRH ETDİ

image

"İpotekaya əlçatanlığın olması və güzəştli ipoteka imkanlarından istifadə qaydalarının genişləndirilməsi hər zaman prioritetdir. Bizim təkliflərimiz güzəştli ipoteka kreditlərinin verilməsində faiz dərəclərinə baxılaraq, azaldılmasının həyata keçirilməsi istiqamətindədir. Çünki güzəştli ipoteka kreditinin verilməsi dövlət büdcəsindən maliyyələşib. Bu baxımdan da həmin kreditlərdə faizlərin aşağı salınması mümkündür". Bu sözləri açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.Deputat bildirib ki, güzəştli ipoteka krediti götürən vətəndaşlarımızın kateqoriyasının genişləndirilməsi də olduqca vacibdir: "Daha çox vətəndaşın bu kreditlərdən istifadəsinə imkan yaradılması məqsədə uyğun olar. Buna görə də həm faizlərin aşağı salınması, həm də bütövlükdə müraciət üçün güzəştli ipoteka kreditlərində kateqoriyanın genişləndirilmsi daha yaxşı olardı. Bu istiqamətdə olan təkliflərimizi də təqdim etmişik".

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər