PDF Oxu

İqtisadiyyat

  • 4 509

"Satış mexanizmi tikinti şirkətlərinin öhdəliyindən çıxarılmalıdır” - EKSPERT DANIŞDI

"Satış mexanizmi tikinti şirkətlərinin öhdəliyindən çıxarılmalıdır” - EKSPERT DANIŞDI

“Ölkəmizdə tikinti şirkətləri mənzil satarkən onlarla vətəndaş arasında müqavilə bağlanılır və mənzilin dəyəri tam ödənilibsə, vətəndaşa maliyyə arayışı verilir. Adətən müqavilədə qeyd olunmuş ümumi sahələr rəsmi çıxarışla üst-üstə düşmür”. Bu sözləri SİA-ya açıqlamasında əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib. Onun sözlərinə görə, müqavilə yolu ilə satılmış mənzillərə bir müddətdən sonra çıxarış alarkən orada daha az ümumi sahə qeyd olunur: “Qanunvericiliyə əsasən tikinti şirkətləri iç və çöl divarlar, ara divarlar, havalandırma xətləri keçən əraziləri satış sahəsinə salmamalıdır. Lakin bunların hər biri satış sahəsinə aid edildiyinə görə mənzilə çıxarış verən zaman yalnız faydalı sahələr qeyd olunur ki, bu da ümumi sahənin çıxarışda daha az kvadrat metr yazılmasına gətirib çıxarır. Təsəvvür edək ki, vətəndaş kvadratı 1500 manat olan 100 kvadratlıq bir mənzil alıb. Bir neçə il sonra həmin mənzilə çıxarış aldıqda orada 100 deyil, 80-85 kvadrat metr yazıldığını görür. Vətəndaş bu mənzili yenidən satışa çıxaranda çıxarışda yazılmış sahə böyüklüyündə bir mənzil kimi satır. Bu da vətəndaş üçün pul itkisinə gətirib çıxarır”.Ekspert sözlərinə davam edərək bildirib ki, bunların hər biri mülki məcəllədə öz əksini tapıb: “Lakin tikinti şirkətlərinin satış prosedurları ilə bağlı qanunlar tam tənzimlənmədiyinə görə bu cür hallar mütəmadi olaraq baş verir. Bu gün təkcə Bakı və Abşeron ərazisində 2000-dən artıq çoxmənzilli yaşayış binası tikilərək vətəndaşlara təhvil verilib. Sökülməli olan yüzlərlə çoxmənzilli yaşayış binaları var ki, onlar da zamanla sökülür. Bu söküntü işləri uzun illər davam edəcək. Düşünürəm ki, bu problemlərin həlli üçün birmənalı olaraq satış mexanizmi tikinti şirkətlərindən alınmalı və səlahiyyətli dövlət qurumlarına verilməlidir. Yəni, qanunvericilikdə nə nəzərdə tutulubsa, satış mexanizmi də o formada aparılmalıdır. Şirkət hansı sahələri sata bilərsə, həmin sahələr qeyd olunmalıdır ki, çıxarışda da o cür göstərilsin.Belə bir proqblemdə var ki, tikinti şirkətləri vətəndaşlardan çıxarışda deyil, müqavilədə qeyd olunan sahə üzrə komendant pulu alır. Bu da böyük bir kütlənin narazılığına səbəb olur. Tikinti şirkətləri ölkə iqtisadiyyatının aparıcı qüvvələrindən biridir. Amma bu cür problemlərin yaşanmaması üçün bu mənada satış mexanizmi tikinti şirkətlərinin öhdəliyindən çıxarılmalıdır”.

Müəllif: Ləman Əlizadə

Digər xəbərlər