PDF Oxu

İqtisadiyyat

  • 4 745

"Ölkədə buğda istehsalı ilə bağlı yeni proqram qəbul olunub" - İQTİSADÇI BİLDİRDİ

"Ölkədə buğda istehsalı ilə bağlı yeni proqram qəbul olunub" - İQTİSADÇI BİLDİRDİ

"Hazırda buğda ehtiyatlarının azalması o qədər də təhlükəli hal hesab olunmur. Çünki dövlət ehtiyatları daim yenilənir. Bu baxımdan sözsüz ki, həm Rusiyadan, həm də Qazaxıstandan taxıl idxal edirik. Bugünkü gündə taxıl qiymətlərində böyük bir dəyişiklik baş vermir. Ona görə də hər zaman olduğu kimi buğda ehtiyatlarımız yenə də yenilənəcək və qiymətlərdə də bir dəyişiklik olacağı gözlənilmir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib.İqtisadçı buğda istehsalına gəldikdə isə qeyd edib ki, bununla bağlı yeni proqram qəbul olunub: "Qarabağda işğaldan azad edilmiş bölgələrimizdə yenidən taxıl əkini və o ərazilərin inkişafa inteqrasiya işləri həyata keçirilir. Həmçinin, dövlət proqramında 5 il müddətinə taxıl əkənlərə subsidiyanın verilməsi nəzərdə tutulub. Elə hesab edirəm ki, növbəti illərdə taxıl istehsalı ölkəmizdə daha da yüksələcək və bizim bu sahədə idxaldan asılılığımız azalacaqdır".

Müəllif: Ləman Əlizadə

Digər xəbərlər