PDF Oxu

İqtisadiyyat

  • 3 397

"İlk dəfə olaraq istilik sayğaclarının quraşdırılmasına başlanılıb"

"İlk dəfə olaraq istilik sayğaclarının quraşdırılmasına başlanılıb"

"İndiyə qədər Azərbaycanda istilik sayğacından istifadə olunmayıb. Biz bunu ilk olaraq tətbiq etmək niyyətindəyik. Bu sayğaclardan qeyri-əhali də istifadə edəcək". SİA xəbər verir ki, bu sözləri jurnalistlərin sorğusuna cavab olaraq"Azəristiliktəchizatı" ASC-nin sədr vəzifəsini icra edən İlham Mirzəliyev deyib.Onun sözlərinə görə, artıq 20 günə yaxın bir müddətdir ki, istilik sayğaclarının quraşdırılmasına başlanıb: "Sayğacların quraşdırılması pilot layihədir. Bu, kifayət qədər ciddi məsələdir. Ona görə də müxtəlif istehlakçılarla əlaqələr qurduq və istilik mövsümü başlayana qədər sayğacların 200-ə qədərini quraşdıra biləcəyik. Ən yaxşı halda biz uçot sisteminin təkmilləşdirilməsi məqsədilə ümumi bina sayğacını qoya biləcəyik. Bunun da mənzillərlə hesablaşmalara aidiyyatı olmayacaq".

Müəllif: Ləman Əlizadə

Digər xəbərlər