PDF Oxu

İqtisadiyyat

  • 3 205

"Aqrar sığorta investisiyaların qorunması prizmasından çox vacibdir" - QURUM RƏSMİSİ DANIŞDI

"Aqrar sığorta investisiyaların qorunması prizmasından çox vacibdir" - QURUM RƏSMİSİ DANIŞDI

“Aqrar sığortanıın tətbiqi ilə kənd təsərrüfatı sahəsində çalışan hüquqi şəxslər və ya iri holdinqlər öz yatırımlarının dövlət mexanizmi tərəfindən qorunması imkanı əldə ediblər. Bu xidmətlər Azərbaycanda son iki ildir ki, tətbiq edilir”. Bu sözləri SİA-ya açıqlamasında Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov deyib.Onun sözlərinə görə, dövlət hər şəkildə fermerlərə dəstək verir ki, öz istehsalatlarına davam etsinlər: “Aqrar sığorta məhz qoyulan investisiyaların qorunması prizmasından çox vacibdir. Bu sahədə çalışan fermerlər açıq səma altında bir istehsalat qururlar. Əlbəttə ki, bu heç nə ilə qorunmayan bir istehsalatdır. Aqrar sığorta fermerlərə təhlükəsiz investisiya mühitinin yaratmağı təmin edir. Bu sistem hələ yeni başlayıb. Artıq üçüncü aktiv fəaliyyət ilinə keçmişik. Ötən iki ili təhlil etdikdə görürük ki, müsbət dinamika müşahidə edilir”.Sədr sözlərinə davam edərək bildirib ki, sığorta haqlarının artımı bu müsbət dinamikanın nümunəsidir: “Sığorta haqları ötən ilə nisbətən 21% artıb. 2021-ci ildə ölkə ərazisində istehsal olunan 350 milyon manat dəyərində kənd təsərrüfatı məhsullarını sığortalamışdıq. 2022-ci ildə artıq bu rəqəm 500 milyonu ötüb. Bu o deməkdir ki, istehsal olunan məhsulların 60-70% həcmində irəliləyiş əldə etmişik. Bu xidmətlər yeni yarananda insanlar ona bir qədər şübhəli yanaşırdılar. İndi isə bu irəliləyişlər onu göstərir ki, insanlar aqrar sığortaya etibar etməyə başlayıb”.

Müəllif: Ləman Əlizadə

Digər xəbərlər