PDF Oxu

İqtisadiyyat

  • 3 680

Subsidiyaların artması kənd təsərrüfatına necə təsir edir? - İQTİSADÇI DANIŞDI

Subsidiyaların artması kənd təsərrüfatına necə təsir edir? - İQTİSADÇI DANIŞDI

"Bu gün ölkəmizdə kənd təsərrüfatı sahəsində subsidiyaların strukturuna nəzər salsaq, ərzaq təhlükəsizliyimizi təmin edən bitkilərə, taxılçılığa, dənli və paxla bitkilərə üstünlük verildiyini və bu sahədə çalışan fermerlərin fəaliyyətinin stimullaşdığını müşahidə edərik". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib.Onun sözlərinə görə, sözsüz ki, subsidiyaların verilməsi həm fermerlərin bu sahədə həvəsinin artırılmasına, həm də subsidiya ayrılan sahələrin inkişafına təsir göstərir: "Nəticə etibarilə həmin məhsulların ölkədə əkin və becərilməsini artırır ki, bu da ölkənin ərzaq təhlükəsizliyinə müsbət təsir edir və idxaldan asılılığı azaldır. Taxılçılıq, meyvəçilik, tingçilik, ağac əkinləri və toxumçuluq həmin subsidiyaların əhatə etdiyi sahələrə aiddir.Düşünürəm ki, bu baxımdan subsidiyalar kənd təsərrüfatı bazasının genişləndirilməsində və fermerlərin gəlirlərinin artmasında mühüm rol oynayır. Digər tərəfdən qeyri-neft sektorunun ölkəmizdə inkişafına əhəmiyyətli təsirlər olur ki, bu da kənd təsərrüfatı məhsullarının ixrac potensialını artırır".

Müəllif: Ləman Əlizadə

Digər xəbərlər