PDF Oxu

İqtisadiyyat

  • 5 825

"Ağacəkmə aksiyasında iqlimə uyğunlaşmış ağaclar əkilir" - NAZİR DANIŞDI

"Ağacəkmə aksiyasında iqlimə uyğunlaşmış ağaclar əkilir" - NAZİR DANIŞDI

"Artıq onlarla təşkilatlar, qurumlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsünə qoşularaq Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyasında iştirak edir". Bu sözləri SİA-nın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib.Nazir bildirib ki, bu gün bir çox media nümayəndələri ağacəkməyə gəlib: "Ərazi getdikcə yaşıllaşdırılır. Eyni zamanda, ərazinin çirkab sularından təmizlənməsi həyata keçirilir. Ərazilərdə oqlimə uyğunlaşmış ağaclar əkilir. İnanırıq ki, bura 480 hektarlıq bir bağ olacaq və biz də bəhrəsini görəcəyik. Ümid edirik ki, daha çox təşkilatlar, ümumilikdə cəmiyyətimiz bu aksiyalarımıza qoşular".

Müəllif: Ləman Əlizadə

Digər xəbərlər