Ət və kənd məhsullarında qiymət artımı hər zaman olacaq. Çünki düzgün planlaşma yoxdur. Yem bazası qıtdır. Xaricdən əlavə gətirilən yemlər baha başa gəlir. Heyvanların saxlanması üçün peyvəndlər bahadır. Baxmayaraq ki, bir çox gömrük və vergi güzəştləri mövcuddur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Rauf Qarayev deyib.O bildirib ki, vəziyyətdən çıxış yolu kimi kənd təsərrüfatı sahəsində yeni nazir islahatlar aparmalıdır: "Kənd təsərrüfatı sahəsində bacarıqlı olan şəxslər çalışmalıdır. Monopoliya sistemi aradan qaldırılmalıdır. Çünki hazırda bazara qiyməti onlar diqtə edir. Bundan əlavə, otlaq sahələri genişləndirilməlidir. Otlaq sahələrinin əksəriyyəti tutulub".İqtisadçı sözlərinə davam edərək bildirib ki, heyvanların yaylağı üçün kifayət qədər yaylaq və qışlaqlar yoxdur: "Olanlar da, ucqar əl çatmayan yerlərdədir. Xarici təcrübə öyrənilməlidir. Yeni texnologiyadan (heyvanların süni artımı) istifadə edilməlidir. Gömrük və vergi rüsumlarına yenidən baxılmalıdır. Eyni zamanda, bazar dürüst şəkildə araşdırılmalıdır. Rəqabət məcəlləsi qəbul olunmalıdır. Rəqabət məcəlləsinin kağız üzərində qalmaması üçün məhkəmələr düzgün işləməlidir".
Müəllif: Ləman Əlizadə
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...