"Bütövlükdə nəqliyyat və logistikanın inkişafı etdirilməsi iqtisadiyyatın inkişafı baxımından çox vacibdir. Bu baxımdan cənab Prezidentin sərəncamı ilə yol tikintisinə vəsaitin ayrılması və bu sahədə aparılan işlər göstərir ki, yalnız işğaldan azad olunmuş ərazilərimizdə deyil, eyni zamanda digər bölgələrimizdə nəqliyyatın inkişafı müşahidə olunur". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.Onun sözlərinə görə, bu bir tərəfdən yük və sərnişindaşıma baxımından da vacibdir və bütövlükdə real sektorun inkişafını stimullaşdırır: "Nəticə etibarilə real sektorun inkişafı birbaşa nəqliyyat və logistikanın vəziyyətindən, həmin şəbəkənin genişləndirilməsindən asılıdır. Hesab edirəm ki, bu qərar həmin regionun iqtisadiyyatına müsbət təsir göstərəcək. Çünki bu, yalnız nəqliyyat və logistika sahəsində həyata keçirilən fəaliyyət deyil, həm də iqtisadiyyatın dəstəklənməsi fəaliyyəti kimi də qeyd olunmalıdır".
Müəllif: Ləman Əlizadə
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...