2023-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 71931,5 min manatlıq, o cümlədən 25311,1 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 46620,4 min manatlıq qeyri-ərzaq malları satılıb.SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Astara Rayon Statistika İdarəsindən bildirilib ki, 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 6,0 faiz artıb.İstehlak məhsullarının dəyərinin hamısı qeyri-dövlət təsərrüfat subyektləri, o cümlədən 7,9 faizi hüquqi şəxs statuslu müəssisələr tərəfindən satılıb.Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir istehlakçı orta hesabla ayda 216,0 manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 36,9 manat çox əmtəə alıb.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...