PDF Oxu

İqtisadiyyat

  • 3 662

"Yol tikintisinə vəsaitin ayrılması birbaşa iqtisadiyyata xidmət edir" - İQTİSADÇI MÜNASİBƏT BİLDİRDİ

"Yol tikintisinə vəsaitin ayrılması birbaşa iqtisadiyyata xidmət edir" - İQTİSADÇI MÜNASİBƏT BİLDİRDİ

"Ümumiyyətlə, ölkədə iqtisadi inkişafa nail olmaq üçün ilk növbədə infrastruktur müəyyən tələblərə cavab verməlidir. Əks halda hər hansı bir iqtisadi inkişafdan söhbət gedə bilməz. İnfrastrukturlar içində ən vacibi yol infrastrukturudur. Daha sonra isə enerji infrastrukturunun yaradılması önəmli yer tutur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.Onun sözlərinə görə, məsələyə bu kontekstdən yanaşdıqda Sabirabadda da yol tikintisinə vəsaitin ayrılması birbaşa iqtisadiyyata xidmət edir: "İlk baxışdan orta statistik sakin bunu rahatlıq olaraq qəbul edir. Bu da təbiidir, amma iqtisadiyyata təsiri daha ön plandadır. Logistik xərclər, zamanın idarə olunması məhz yol infrastrukturundan çox asılıdır. Bu, sahibkarlıq üçün də vacib elementdir.Hesab edirəm ki, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri aparılması ilə yanaşı, eyni zamanda mümkün qədər ölkənin Sabirabad kimi digər bölgələrində də quruculuq işləri davam etdirilir. Elə verilmiş qərar da bunun sübutudur".

Müəllif: Ləman Əlizadə

Digər xəbərlər