“Cari əməliyyatlar hesabı bu il profisitli olacaq”. SİA xəbər verir ki, bu sözləri Mərkəzi Bankın mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.O bildirib ki, əsas ixrac əmtəələri üzrə dünya qiymətlərinin əlverişli qalması və qeyri neft-qaz ixracının artımı cari əməliyyatlar hesabının ilin sonuna da profisitli olacağını gözləməyə əsas verir: “Bu özünü valyuta bazarında da göstərir. Belə ki, 2023-cü ilin 4 ayında valyuta hərraclarının 97%-də təklif tələbi üstələyib. Manatın nominal effektiv məzənnəsinin möhkəmlənməkdə davam etməsi inflyasiyanın xarici amillərinə azaldıcı təsir edir. Manatın nominal effektiv məzənnəsi 2022-ci ildə 8.4%, 2023-cü ilin 4 ayında 4.8% möhkəmlənib. Bununla bərabər, monetar şəraitə dair qəbul edilmiş qərarlar da inflyasiyanın tələb amillərini məhdudlaşdırıb”.
Ayşən Vəli
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...