“Pambıqçılıq kənd təsərrüfatının vacib sahələrindən biridir. Həm əmək tutumluluğu, həm məhsul ixracı, həm də gəlir baxımından strateji bir sahədir. Çünki pambıq məhsulu ölkəmizdə istehsal olunaraq həm daxili tələbatı, həm də ixrac tələbatını ödəyir”. Bu sözləri SİA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov deyib.Onun sözlərinə görə, pambıqçılığın inkişafı ilə bağlı dövlət başçısı İlham Əliyevin sərəncamı ilə dövlət proqramı qəbul olunub: “Bu dövlət proqramı çərçivəsində mühüm işlər görüldü. İnfrastruktur kifayət qədər inkişaf etdirildi. Bu istiqamətdə işlər davam edir. Eyni zamanda, cari mövsümdə respublikanın 16 ixtisaslaşmış rayonunda 104400 hektar sahədə pambıq əkini aparıldı. Bundan əlavə, becərmə işləri, seyrəltmə, suvarma işləri, zərərvericilərə qarşı mübarizə həyata keçirilib. Məqsədimiz ondan ibarətdir ki, hər hektarda məhsuldarlığın yüksəlməsi hesabına məhsul istehsalını artırmaqdır”.
Müəllif: Ləman Əlizadə
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...