PDF Oxu

İqtisadiyyat

  • 3 998

"BTQ dəmir yolunun daşınma imkanlarının artırılması ölkə üçün vacibdir" - DEPUTAT ŞƏRH ETDİ

"BTQ dəmir yolunun daşınma imkanlarının artırılması ölkə üçün vacibdir" - DEPUTAT ŞƏRH ETDİ

“Bakı-Tblisi-Qars bütövlükdə region üzərindən beynəlxalq yükdaşımaların artırılması baxımından vacib dəmir yolu xəttidir. Azərbaycan Bakı-Tblisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin bir milyondan beş milyon tonadək artırılması üçün dövlət büdcəsindən 140 milyon dollar vəsait ayırıb”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.Onun sözlərinə görə, məqsəd bütövlükdə orta dəhliz vasitəsilə region üzərindən daşınan yüklərin həcminin artmasına nail olmaqdan ibarətdir: “Çünki bir tərəfdən Azərbaycan üzərindən daşınan yüklərin həcmində artımlar var. Bu da həm Bakıda Ələt limanının ötürmə qabiliyyətinin artırılması imkanlarının genişləndirilməsi, həm də digər nəqliyyat şəbəkələrinin imkanlarının genişləndirilməsini zəruri edir. Bu baxımdan Bakı-Tblisi-Qars dəmir yolu xəttinin daşınma imkanlarının artırılması Azərbaycan və Gürcüstan üçün müsbət haldır. Təbii ki, bu ümumilikdə regionun inkişafı baxımından vacibdir. Eyni zamanda, Azərbaycanın dövlət gəlirlərinin artmasına xidmət edəcək”.

Müəllif: Ləman Əlizadə

Digər xəbərlər