Bu gün ölkəmizdə 471 min nəfərdən çox şəxs əlilliyə görə sosial ödəniş alır.Dövlət Sosial Müdafiə Fondundan SİA-ya verilən xəbərə görə, onlardan 261,5 min nəfərdən çoxu pensiya, 209,5 nəfərdən çoxu müavinət alanlardır.Əlilliyə görə Prezident təqaüdü alanların sayı isə 75,7 min nəfərdən çoxdur.Əlilliyi müəyyən edilmiş şəxslərə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə 270, 61-80 faiz pozulmasına görə 220, 31-60 faiz pozulmasına görə 150 manat müavinət, müharibə və 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə 500, 61-80 faiz pozulmasına görə 400, 31-60 faiz pozulmasına görə 330 manat, ümumi səbəblərdən əlilliyi müəyyən edilmiş şəxslərə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) 200, ümumi səbəblərdən gözdən əlilliyi müəyyən edilmiş şəxslərə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə 300, 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlərə 100 manat məbləğində Prezident təqaüdü ödənilir.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...