PDF Oxu

İqtisadiyyat

  • 4 399

"Uçot dərəcəsinin artırılması iqtisadi aktivliyə mənfi təsir edir" - İQTİSADÇI BİLDİRİB

"Uçot dərəcəsinin artırılması iqtisadi aktivliyə mənfi təsir edir" - İQTİSADÇI BİLDİRİB

“Ümumiyyətlə, uçot dərəcəsinin artırılması pul-kredit siyasətinin sərtləşdirilməsi ilə nəticələnir. Pul-kredit siyasətinin sərtləşdirilməsi ümumilikdə kreditlərin bahalaşmasına səbəb olur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib.Onun sözlərinə görə, doğrudur, bu, müəyyən mənada inflyasiyanın qarşısını alsa da, iqtisadi aktivliyin sürətini aşağı salır: “Bu baxımdan iqtisadi aktivlik aşağı düşəndə müəyyən idxal proseslərinə mənfi təsir göstərir. Bugünkü gündə dünyada, o cümlədən ölkədə baş verən pul-kredit siyasəti onu deməyə əsas verir ki, nəticələr çox da ürəkaçan deyil. Yəni, bunun inflyasiya cilovlanmasına əhəmiyyətli təsirləri olmayıb. Gələcəkdə uçot dərəcəsinin artırılması iqtisadi aktivliyə əks-təsir göstərə bilər. Bu da sözsüz ki, müəyyən iqtisadi inkişaf elementlərinin qarşısını ala bilər”.

Müəllif: Ləman Əlizadə

Digər xəbərlər