PDF Oxu

İqtisadiyyat

  • 3 579

"Səfərlərin gələcəkdə quruculuq işlərinin artacağını göstərir" - İQTİSADÇI MÜNASİBƏT BİLDİRDİ

"Səfərlərin gələcəkdə quruculuq işlərinin artacağını göstərir" - İQTİSADÇI MÜNASİBƏT BİLDİRDİ

"İlham Əliyev işğaldan azad olunmuş ərazilərə səfərindən tək ermənilərə yox, onların havadarlarına da mesaj göndərdi. Bu səfərlərdə əsas da, Əsrin müqaviləsi məsələsinə toxunulub. Bildiyiniz kimi, həmin Əsrin müqaviləsi bizə bir çox imkanlar yaratdı. Bu günlərdə Qarabağın işğaldan azad olunması "Əsrin müqaviləsi" neft kontraktları imkan yaratdı ki, biz digər postsovet ölkələrə baxanda daha müstəqil siyasət irəli sürək. Nəhayət gələn vəsaitlərin düzgün xərclənməsi bizi təzyiqlərdən də qurtardı. Bunu erməni siyasətçiləri qeyd edir ki, cənab Prezident İlham Əliyevin yeritdiyi siyasət, yəni neftdən gələn pulun düzgün xərclənməsi Avropa sanksiyalarını, onlara təsir imkanlarını azaldır. Demək olar ki, sanksiyalar kağız üzərində qalır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Rauf Qarayev deyib.Onun sözlərinə görə, səfərin iqtisadi əhəmiyyəti də onu göstərir ki, gələcəkdə quruculuq işləri davam edəcək: "Azad olunmuş ərazilərdə yeni müəssisələr, iş yerləri açılacaq. İqtisadi inkişafa gəldikdə isə gördüyünüz kimi qeyd olundu ki, Valyuta ehtiyatımız 65 milyard çatıb, 6 milyard xarici borcumuz var. Müasir texnologiyalara önəm verilir. Kadr potensiyalını artırırıq, kosmik sənayenin inkişafını artırırıq. Texnologiyalar gətirmək üçün işlər görülür. Əsas hədəf kosmik ölkəyə çevrilməkdir. Bunun üçün də müasir texnologiyaya invesitisiyalar qoyulur".İqtisadçı sözlərinə davam edərək bildirib ki, sahibkar yaxşı pul götürmək üçün yer axtarırsa, müasir texnologiyanın inkişafı və kadr yetişdirilməsi üçün təhsil mərkəzləri açılmalıdır: "Görünür, dövlət tərəfindən bu siyasət irəli sürülür və özəl sahədə də bu olsa idi, özəl sahə də inkişaf edərdi. Türkiyədə özəl zavodlar yeni kəşflər edib öz məhsulunu dövlətə və ya digər ölkələrə satırlar. Bizdə isə təəssüf olsun ki, ənənəvi sahələrdən uzaqlaşmaq intellekt səviyyəsi pulu əlində olan şəxslərdə yoxdur. Pulu olan şəxslər ancaq mağaza açmağı düşünür".
Müəllif: Ləman Əlizadə

Digər xəbərlər