PDF Oxu

İqtisadiyyat

  • 3 945

58,8 min pensiya, müavinət, təqaüd proaktiv qaydada təyin olunub

58,8 min pensiya, müavinət, təqaüd proaktiv qaydada təyin olunub

2023-cü ilin yanvar-aprel ayları ərzində 58,8 min pensiya, müavinət, təqaüd təyinatı elektron sistem üzərindən proaktiv qaydada aparılıb. Nazirlikdən SİA-ya verilən məlumata görə, onlardan 12,8 mini pensiya, 46 mini müavinət və təqaüd təyinatı olub.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb.Həmin e-təyinat sistemləri vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiqtəyinatların e-sistem üzərindən avtomatik aparılmasına imkan verir.

Digər xəbərlər