PDF Oxu

İqtisadiyyat

  • 4 194

Doğma çay “Azerçay” çayçılıq sahəsinin inkişafına dəstək verməyə davam edir

Doğma çay “Azerçay” çayçılıq sahəsinin inkişafına dəstək verməyə davam edir

Doğma çay “Azerçay”da bu il yetişdirilən məhsulun 1-ci yığımına başlanılıb. İlk yığımdan 330 ton yaş çay yarpağının qəbulu gözlənilir. Çay yığımı əsasən bir neçə il öncə Masallıda, dəniz səviyyəsindən 800 metr yüksəklikdə 100 hektarlıq ərazini əhatə edən və müasir suvarma avadanlıqları illə təchiz edilmiş çay plantasiyasında aparılır. Mütəxəssislər tərəfindən mövsümərzində keyfiyyətli məhsul toplanması üçün bütün lazımı aqrotexniki qulluqgöstərilib. Çayçılığın inkişaf etdirilməsi, həm də regionlarda kənd təssərrüfatının inkişafına, torpaq sahələrinin yenidən istifadəsinə, insanları yenidən bu sahəyə cəlb edərək maddi imkanlarının yaxşılaşdırılmasına və minlərlə iş yerlərinin açılmasına şəraityaradıb. Ölkə başçısı tərəfindən imzalanmış “Regionların sosial-iqtisadi inkişafınadair” Dövlət Proqramına uyğun olaraq “Azərsun Holdinq” bölgələrdə yeni çaysahələri salıb, müasir suvarmalarla təmin edib. Bundan əlavə, Lənkəran və Astarada fabriklərin fəaliyyət göstərməsini təmin edən Şirkətlər Qrupu, “Azerçay” markası üçün çay əkinçiliyi ilə məşğul olan fermerlərdən çayı yüksək qiymətə satın alaraq onların fəaliyyətinə öz dəstəyiniverir. Ümumilikdə minlərlə insanın məşğulluğunun təmin edilməsi ilə yetişdirilən çay bitkisi fabriklər tərəfindən təhvil alınır ki, nəticədə insanların sosial-rifahhalının yüksəldilməsinə mühim dəstək verilir. İnsanların əsas gəlir mənbəyi sayılan çayçılığın inkişafı onlar üçün əlavə motivasiya qaynağı olaraq qalır.Çünki, illərlə çalışdıqları, əmək verdikləri bu sahədə göstərilən qayğı onların gələcəyə nikbinaddımlarla irəliləyəcəylərinin bariz göstəricisidir. Ölkəmizin ən seçilmiş keyfiyyətli çay yarpaqlarını emal edərək yerli bazarla yanaşı dünya bazarına da təqdim edən Doğma Çay “Azerçay” Azərbaycan çayının şöhrətini bütün dünyaya yayır. Çay markası "Made in Azerbaijan" yazısını üzərində daşıyan çay məhsullarını beynəlxalq sərgilərdə nümayiş etdirir vəAzərbaycanın çayının dünyada tanıdılması ilə qürur duyur.

Digər xəbərlər