PDF Oxu

İqtisadiyyat

  • 4 713

Vətəndaşlar pullarını niyə banklara əmanət etmir? - İQTİSADÇI DANIŞDI

Vətəndaşlar pullarını niyə banklara əmanət etmir? - İQTİSADÇI DANIŞDI

“Azərbaycanda banklara olan əmanətin azalma və artma dinamikası müxtəlif dövrlərdə fərqli olur. İlin ilk ayında qoyulan əmanətlərin həcmi 27 faizə qədər artmışdı. Sonradan isə ciddi şəkildə əmanətlərin həcmində azalma baş verdi”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib.
Onun sözlərinə görə, belə bir azalma 2021-ci ilin avqust ayında da olmuşdu: “Həmin vaxtdan sonra ilk dəfə bu ilin fevralında azalmalar müşahidə olundu. Bunun da səbəbi depozit gəlirlərinin vergiyə cəlb edilməsi idi.Əmanətlərin azalmasının digər bir səbəbi isə inflyasiyadır. Bankların təklif etdiyi depozit faizləri iflyasiya göstəricilərindən aşağı səviyyədədir. Buna görə də insanlar öz vəsaitlərini banka deyil, digər istiqamətlərdə yerləşdirməyə üstünlük verirlər. Bu proses isə özünü daha çox daşınmaz əmlak bazarı formasında göstərir. Bu səbəbdən də daşınmaz əmlak qiymətlərində artımlar müşahidə olunur”.
Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər