Bu gün sayca 16-cı olan Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” Sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilir. SİA xəbər verir ki, mətbuat konfransı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri və sərgi təşkilatçılarının iştirakı ilə baş tutur.Konfransda Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Toğrul Qafarbəyli, "Caspian Event Organisers" şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə və "Caspian Event Organisers" şirkətində layihə rəhbəri Zarina Məmmədova çıxış edəcək.
Müəllif: Ləman Əlizadə
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...