PDF Oxu

İqtisadiyyat

  • 2 894

"Sərgi kənd təsərrüfatının bütün istiqamətlərini əhatə edəcək" - QURUM RƏSMİSİ DANIŞDI

"Sərgi kənd təsərrüfatının bütün istiqamətlərini əhatə edəcək" - QURUM RƏSMİSİ DANIŞDI

"Caspian Agro 2023" və Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” Sərgiləri xüsusi əhəmiyyətə sahibdir. Bu il ilk dəfə olaraq sərgilər Bakı Ekspo mərkəzinin mövcud sahələrinin hamısını əhatə edir. Bu, kənd təsərrüfatı sahəsinə olan böyük marağın əyani göstəricisidir". SİA xəbər verir ki, bu sözləri “Caspian Agro” və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” Sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransında "Caspian Event Organisers" şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə deyib.O bildirib ki, əksəriyyət xaricdən gələn şirkətlərdir: "Bu da yerli fermerlər və iş adamlarımız üçün beynəlxalq təcrübəni öyrənmək baxımından yaxşı imkanlar açır. Eyni zamanda, sərginin keçirilməsi ən müasir texnika və innovasiyaların tətbiq olunmasına şərait yaratmış olacaq. Bu il sərginin geniş məzmunda keçirilməsi nəzərdə tutulub. Üç gün ərzində keçiriləcək sərgidə kənd təsərrüfatının bütün istiqamətləri əhatə olunacaq. Qeyd edim ki, sərgidə 600-dən çox fermerin və 2000-dən çox xarici iş adamlarının iştirakı nəzərdə tutulub. Bu da biznes turizminin inkişafı baxımından böyük önəm daşıyır".

Müəllif: Ləman Əlizadə

Digər xəbərlər