PDF Oxu

İqtisadiyyat

  • 2 999

Azərbaycan elektrik enerjisi istehsalını artırıb

Azərbaycan elektrik enerjisi istehsalını artırıb

Bu ilin yanvar-aprel aylarında operativ məlumatlara əsasən, Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 6,5% artaraq 9 852,1 mln. kVt-saat səviyyəsində olub. SİA xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter“ hesabında paylaşım edib.“Yanvar-aprel aylarında operativ məlumatlara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 6,5% artaraq 9 852,1 mln. kVt-saat, ixrac 1244,1 mln. kVt-saat, idxal isə 41,1 mln. kVt-saat olub”, - paylaşımda bildirilib.Məlumata görə, yanvar-aprel aylarında İES-lər üzrə 9 266,1 mln. kVt-saat, su da daxil olmaqla bərpa olunan mənbələrdən 586 mln. kVt-saat elektrikenerjisi istehsal edilib.

Digər xəbərlər