2023-cü ilin yanvar-mart aylarında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 4% artaraq 7523,2 milyon manat olub.Bu barədə SİA-ya Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.Qeyd edək ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,3% artaraq 4656,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,9% azalaraq 2866,8 milyon manata bərabər olmuşdur.Xatırladaq ki, istehlak məhsullarının 35,1%-i hüquqi şəxs statuslu müəssisələrdə, 46,8%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 18,1%-i isə paytaxtın məhsul bazarlarında satılıb
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...