İqtisadiyyat

  • 4 800

Batan əmanətlərin taleyi necə olacaq? - İQTİSADÇI AYDINLIQ GƏTİRDİ

image

“Qanunvericiliyə əsasən hər bir əmanət sığortalanır. Bu əmanətin faizi illik 12 faizdirsə 100.000 manatadək əmanətləri əhatə edir. Hazırki halda "Günay Bank" bağlanıbsa, həmin vəsaitlər Dövlət Əmanətlərin Sığorta Fondu tərəfindən geri qaytarılacaq”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli deyib.Onun sözlərinə görə, əmanətçilərin müqavilə şərtlərinə riayət etmək mümkün olmayacaq:“"Günay Bank"ın 38 milyon manat əmanəti olub. Onların 99.9 faizi 100.000 manatadək olan məbləğlərdir. Bir müddət çəksə belə geri ödəniləcək.Onu da qeyd etmək lazımdır ki, əmanətçilərin müqavilə şərtlərinə riayət etmək mümkün olmayacaqdır. Belə ki, hansısa şəxs daha uzun müddətə əmanət qoyubsa banka, onların bu gündən faizinin hesablanması dayanır. Müqavilədə şərtlənən məbləğ alınmayacaq. Sadəcə bugünə qədər hesablanan vəsait kompensasiya ediləcək”.Eyyub Kərimli sözlərinə belə davam edib: “70 milyon manatın aqibəti isə sual altındadır. Çünki qanunvericilikdə bununla bağlı hələ heçnə nəzərdə tutulmayıb. Məsələ hələlik hüquqi müstəvidə məhkəmələr vasitəsilə həll olunacaq.Bankın əmlakı, yaxud qalıq balansı ilə pullar ödənilsə ödəniləcək. Əgər ödənilməsə, sözsüz ki həmin şəxslər zərər görəcəklər”.

Ayşən Vəli

Digər xəbərlər